Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kompleks maya dəyərinin hesablanması forması" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kompleks maya dəyərinin hesablanması forması" mövzusunda təlim keçirilib. Dekabrın 2-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən kompleks maya dəyəri anlayışı və əhəmiyyəti, material xərcləri, işçi qüvvəsi xərcləri, ümumi istehsal xərcləri, maya dəyərinin hesablanma metodları, birbaşa hesablama, statistika üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə istehsal prosesi mərhələləri, mərhələlərin maya dəyərinə təsiri, xərclərin analizi, maya dəyərinin optimallaşdırılması, maya dəyərinin qiymət müəyyənləşdirmədə rolu, rəqabət mühitində qiymət siyasəti barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...