Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketing 4P. Praktik iş" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketing 4P. Praktik iş" mövzusunda təlim keçirilib. Fevralın 12-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən marketing 4P - əsasları və strategiyalar, 4P modeli üzrə marketinq strategiyasının və marketinq planının hazırlanması barədə ətraflı məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə məhsul, qiymət, satış kanalları və təşviq strategiyalarının effektiv tətbiqi, bazarın öyrənilməsi və bölünməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...