Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinq 4p bazar araşdırması" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinq 4p bazar araşdırması" mövzusunda təlim keçirilib. Noyabrın 22-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən məhsul seçimi, qiymət strategiyaları, paylama kanalları və təşviqetmə üsulları, satışın stimullaşdırılması, müştərilərə birbaşa reklam barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə bazar araşdırmasının əsas prinsipləri və effektiv marketinq alətləri, marketinq təbliğat növləri, şifahi nitqdə reklam barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...