Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib. Fevralın 28-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən marketinq anlayışı və funksiyaları, bazar və istehlakçı davranışları, satıış və reklam prosesi, marketinqin 4P modeli - məhsul və qiymət, rəqəmsal marketinq və sosial media strategiyaları, hədəf kütlə barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə rəqəmsal marketinq və növləri, SMM, SEO, kontent marketinq, e-mail marketinq, bazar araşdırması və rəqabət analizi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...