Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsulun maya dəyərinin hesablanması forması" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsulun maya dəyərinin hesablanması forması" mövzusunda təlim keçirilib. Noyabrın 19-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən məhsulun maya dəyərinin anlayışı, onun əhəmiyyəti və istehsal prosesindəki rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə maya dəyərinin hesablanması metodları, xərclərin təsnifatı (birbaşa və dolayı xərclər), habelə maliyyə və iqtisadi analizlərdə tətbiqi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...