Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Onlayn biznes ideyalar" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Onlayn biznes ideyalar" mövzusunda təlim keçirilib. Fevralın 24-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən onlayn biznes ideyalarının formalaşdırılması və qiymətləndirilməsi, onlayn biznesin əsas prinsipləri, bazar araşdırması, rəqəmsal marketinq strategiyaları və müştəri cəlb etmə üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə onlayn biznesin qurulması və inkişaf strategiyaları, e-ticarət platformalarının seçimi, sosial mediada brend qurmaq və gəlirliliyi artırmaq yolları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...