Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Öz biznesinə başla işgüzar biznes oyun 1 BƏT" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Öz biznesinə başla işgüzar biznes oyun 1 BƏT" mövzusunda təlim keçirilib. Yanvarın 27-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən biznes simulyasiya oyunlarının məqsədi və strukturu, iş planının hazırlanması və strategiyanın seçilməsi, məhsul və ya xidmətin qiymətinin təyin edilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə biznes ideya, biznes ideyasının müəyyənləşdirilməsi, bazar araşdırması və müştəri ehtiyaclarının təhlili, maliyyə planlaşdırması və ilkin kapitalın idarə olunması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...