Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Psixomotivasiya" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Psixomotivasiya" mövzusunda təlim keçirilib. Dekabrın 17-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən daxili və xarici motivasiya amilləri, hədəf qoyma və uğur əldə etmək üçün psixoloji strategiyalar, müsbət düşüncə və özünə inamın gücləndirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə stresslə mübarizə və psixoloji müqavimət inkişafı, fərdi inkişaf və psixoloji maneələri aşmağın yolları, şəxsi məqsədlərə çatmaq üçün effektiv psixomotivasiya metodlarının tətbiqi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...