Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Qiymətin təyin olunması bazar araşdırması" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Qiymətin təyin olunması bazar araşdırması" mövzusunda təlim keçirilib. Dekabrın 18-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən qiymət strategiyalarının növləri və onların seçimi, marketinq planı, rəqabət mühitinin və bazar dinamikasının analizi, hədəf auditoriyanın alıcılıq qabiliyyətinin və ehtiyaclarının öyrənilməsi, məhsulun dəyərinin və bazardakı mövqeyinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 13 nəfər iştirakçının olduğu təlimdə qiymət elastikliyinin təhlili, xərclər və gəlirlər əsasında qiymətin formalaşdırılması, bazar seqmentasiyası və uyğun qiymət siyasətinin hazırlanması, həmçinin bazar tendensiyalarının və rəqiblərin qiymət strategiyalarının monitorinqi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...