Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal bacarıqlar" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal bacarıqlar" mövzusunda təlim keçirilib. Oktyabrın 16-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən rəqəmsal marketinq, rəqəmsal marketinqin əsas məqsədləri, kanallar və texnologiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə rəqəmsal marketinqin növləri və istiqamətləri, biznes üçün vacibliyi və aktuallığı, B2B və B2C sahələrində əhəmiyyəti, eləcə də bankçılıq sahəsində əsas rolu barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...