Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarların qarşılaşdığı hüquqi problemlər" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarların qarşılaşdığı hüquqi problemlər" mövzusunda təlim keçirilib. Sentyabrın 16-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən sahibkarlıq subyekti haqqında qısa məlumat, sahibkarların kommunikasiya qurmaq əlaqələri ilə bağlı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə sahibkarların qarşılaşdığı hüquqi çətinliklər, normativ hüquqi sənədlərin hazırlanması və əhəmiyyəti, dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsinin zəruriliyi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...