Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış bacarıqları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış bacarıqları" mövzusunda təlim keçirilib. Sentyabrın 23-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən satış üçün lazım olan bacarıqlar, satış planının müəyyən olunması, satış uğurunun sirləri, müştəri əlaqələrinin gücləndirilməsi, satış bacarıqlarının inkişafı, effektiv danışıqların əsasları və texnikaları barədə məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə satış həcminin müəyyənləşdirilməsi, satışda inamın rolu, incəlikləri, uğurlu satıcı olmanın yolları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...