• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış bacarıqları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış bacarıqları" mövzusunda təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən uğurlu satış prosesləri üçün vacib olan müxtəlif strategiyalar və texnikalar, müştəri ehtiyaclarını anlama və onlara uyğun həllər təklif etmə bacarığı, kommunikasiya və inandırma qabiliyyətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə satış prosesində emosional intellekt rolu, müştəri məmnuniyyətini artırmaq və satış nəticələrini yaxşılaşdırmaq üçün praktiki metodlar barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib