Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vaxtın idarə edilməsi" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vaxtın idarə edilməsi" mövzusunda təlim keçirilib. Noyabrın 18-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən vaxtın dəyəri və effektiv istifadə yolları, prioritetlərin düzgün sıralanmasının iş və şəxsi həyatdakı uğura təsiri, iş prosesində vaxt itkisinə səbəb olan faktorlar və onları minimuma endirmək üçün tətbiq edilə biləcək strategiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə diqqət dağınıqlığının qarşısını alma yolları və təcili işlərin effektiv idarə edilməsi üçün xüsusi yanaşmalar, vaxt idarəetməsinin CV-yə daxil edilməsi texnikası barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...