Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi uçotu" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi uçotu" mövzusunda təlim keçirilib. Sentyabrın 20-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən vergi uçotu və vergi yoxlamaları, müəssisələrin qarşılaşdığı vergi problemləri və onların həlli yolları ilə bağlı məlumat verilib. Eyni zamanda 20 nəfər iştirakçının olduğu təlimdə müəssisələr və fərdi sahibkarlar üçün vergi qanunvericiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi risklərinin azaldılması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...