Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib. Sentyabrın 9-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən Dayanıqlı inkişaf və "Yaşıl iqtisadiyyat" nədir, "Yaşıl iqtisadiyyatın" əsas sektorları, "Eko-biznes" üçün potensial istiqamətlər, "Eko-biznesin" alətləri: eko-innovasiya, enerji səmərəliliyi, orqanik kənd təsərrüfatı, eko-sistem üzrə xidmətlər barədə məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə yaşıl bizneslər və yeni yanaşmalar, yaşıl iqtisadiyyatda yerli və beynəlxalq təcrübə və müvafiq digər istiqamətlər barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...