Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib. Oktyabrın 3-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyatın vacibliyi, yaşıl biznes, yaşıl iqtisadiyyatda davamlı inkişaf və digər uyğun istiqamətlər barədə məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə yaşıl iqtisadiyyatın əsas xüsusiyyətləri, davamlı inkişaf, resursların səmərəli istifadəsi, aşağı karbon izli iqtisadiyyat, dövri iqtisadiyyat, bərpa olunan enerji mənbələrinin inkişafı, yaşıl iş yerlərinin yaradılması, sosial inklüzivlik, ekosistemlərin və biomüxtəlifliyin qorunması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...