Xəbərlər
Xaçmaz KOBİM tərəfindən "Antikorrupsiya və etik davranış qaydaları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Antikorrupsiya və etik davranış qaydaları" mövzusunda təlim keçirilib. Oktyabrın 21-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən korrupsiya anlayışı, növləri, maraqların toqquşması, şəffaflıq, hesabatlılıq və etik qərar qəbuletmə, antikorrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya şərait yaradan hüquqpozmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə korrupsiya hüquqpozmaları ilə korrupsiyaya şərait yaradan hüquqpozmalar arasındakı fərq, etik davranış qaydaları, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə mübarizənin qanuni çərçivəsi, daxili nəzarət mexanizmləri və beynəlxalq təcrübələr barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...