Xəbərlər
Xaçmaz KOBİM tərəfindən "Digital marketing və sosial medianın satış üçün əhəmiyyəti" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Digital marketing və sosial medianın satış üçün əhəmiyyəti" mövzusunda təlim keçirilib. Oktyabrın 10-da təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən digital marketing, sosial media, satış alətləri, axtarış motoru optimallaşdırması (SEO) və marketinqi (SEM), məzmun və təsir etmə (Influencer marketing) barədə ətraflı məlumat verilib. Eyni zamanda 14 nəfər iştirakçının olduğu təlimdə sosial media satış strategiyası, satışın formaları və növləri, rəqəmsal marketinq alətləri ilə potensial müştərilərin diqqətini şirkətə, markaya, xidmətə və ya məhsula cəlb etməyin yolları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...