• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOBİM tərəfindən "ESG üzrə milli standartın tətbiqinin biznes üçün faydası" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standartın tətbiqinin biznes üçün faydası" mövzusunda təlim keçirilib. Fevralın 25-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standartın biznes üçün əhəmiyyəti, onun dayanıqlılıq, risklərin idarə olunması və investor cəlbi baxımından faydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə ESG standartlarının tətbiqinin şirkətlərin rəqabət qabiliyyətini artırdığı, bazar imkanlarını genişləndirdiyi və hüquqi tələblərə uyğunluğu təmin etməsi, bazar araşdırması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib