Xəbərlər
Xaçmaz KOBİM tərəfindən "Şirkətlərin fəaliyyətində müqavilənin əhəmiyyəti və hüquqları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin fəaliyyətində müqavilə hüquqları və müqavilənin əhəmiyyəti" mövzusunda təlim keçirilib. Oktyabrın 4-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən korporativ hüquq, korporativ hüquq xidmətləri məqsədləri, şirkət üçün sorğuların təmin edilməsi, şirkətə alqı-satqı və icarə işlərində hüquqi dəstək, yerli və xarici şirkətlərin ölkə daxilində və xaricdə vəkillə təmin edilməsi barədə məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə şirkətin sənədlərinin hüquqi analizi, şirkət müqavilələrinin ekspertizası və hazırlanması, şirkətin qanunvericiliklə bağlı mütəmadi məlumatlandırılması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...