• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOBİM tərəfindən "Sahibkarların qarşılaşdığı hüquqi problemlər və həlli yolları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarların qarşılaşdığı hüquqi problemlər və həlli yolları" mövzusunda təlim keçirilib. Oktyabrın 11-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən sahibkarların tez-tez rastlaşdığı hüquqi çətinliklər və onların həlli yolları, risklərin azaldılması və hüquqi sənədlərin düzgün tərtib edilməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə hüquqi maneələr, o cümlədən vergi qanunvericiliyinə uyğunlaşma, müqavilələrin düzgün tərtib olunması, mülki hüquq pozuntuları, lisenziyaların əldə edilməsi və əmək qanunvericiliyinin tələbləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib