• Xaçmaz, Azərbaycan

    Bakı prospekti 45, Xaçmaz

Xəbərlər

Xaçmaz KOBİM tərəfindən "Ünsiyyət bacarıqları və iş mühitində konfliktlərin idarə olunması" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ünsiyyət bacarıqları və iş mühitində konfliktlərin idarə olunması" mövzusunda təlim keçirilib. Oktyabrın 14-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən ünsiyyət bacarıqları, effektiv ünsiyyətin iş mühitində əməkdaşlığı necə gücləndirdiyi və konfliktlərin idarə olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə iş mühitində konfliktlərin idarə olunması, konfliktlərin yaranma səbəbləri, onların qarşısının alınması yolları, eləcə də iş mühitində konstruktiv həll üsulları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xəbərlər

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib