Xəbərlər
Xaçmaz KOBİM tərəfindən "Xərclərin planlaşdırılması. Dəyişən və sabit xərclər forması" mövzusunda təlim keçirilib
.jpeg)
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xərclərin planlaşdırılması. Dəyişən və sabit xərclər forması" mövzusunda təlim keçirilib. Fevralın 17-də təşkil olunan təlimdə Xaçmaz KOBİM-in eksperti tərəfindən xərclərin planlaşdırılması və onun əhəmiyyəti, dəyişən və sabit xərclərin analizi, büdcə planlaşdırılması, mədaxil və məxaric planı barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə dəyişən xərclər, sabit xərclər, xərclərin analizi, maliyyə nəzarəti, gəlir və xərclərin balansı, zərərsizlik nöqtəsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müasir sosial media marketinqi" mövzusunda təlim keçirilib
Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...